İran ABŞ-a sanksiya tətbiq etdi
İran ABŞ-ın yüksək rütbəli 10 şəxsinə və 4 qurumuna sanksiya tətbiq edib.
Demedia.az xəbər verir ki, İran sanksiya tətbiq edilən şəxsləri və qurumları aksiyalara dəstək verməkdə ittiham edib. İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, bu, ölkənin daxili işlərinə müdaxilədir. İddia edilir ki, həmin şəxslər və qurumlar İrandakı aksiyalara dəstək verməklə yanaşı onların meydanlara çıxmasına sövq edib.
Qadağlar nəticəsində onların İrana daxil olması qadağan edilib və İrandakı hesabları dondurulub.
Bahadur Seyidov