Sanna Marin Türkiyə və Macarıstana çağırış etdi



 14:58 02.11.2022     323

Finlandiyanın Baş naziri Sanna Marin Türkiyə və Macarıstana çağırış edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Türkiyənin və Macarıstanın Finlandiyanın NATO-ya üzv olması barədə proseduru təsdiq etməsi vacibdir. “Bu ölkələrin müraciətimizi təsdiq etməsini gözləyirik” deyən Sanna Marin, bunun reallaşmasının önəmli olacağını qeyd edib.

Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyanı terrorçulara dəstək verməkdə ittiham edir. Buna görə də, Türkiyə bu ölkələrin NATO-ya üzv olmasını təsdiq etmək üçün PKK-ya dəstəyi dayandırmasını tələb edib.

Bahadur Seyidov