Britaniya nüvə silahı barədə Rusiyaya xəbərdarlıq etdi
“Rusiya Ukraynada nüvə silahından istifadə edərsə, bunun ciddi nəticələri olacaq”.
Demedia.az xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli belə deyib. O bildirib ki, Rusiyadan başqa heç bir ölkə nüvə təhdidindən danışmır. “Heç kim Rusiyanı və ya Putini nüvə silahı ilə təhdid etmir” deyən diplomatın sözlərinə görə, Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcək.
Qeyd edək ki, Rusiya tərəfi Ukraynanın öz torpaqlarında kimyəvi bombadan istifadə edərək, məsuliyyəti Rusiyanın üzərinə atacağını irəli sürür. Qərb isə bu iddianı Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə etməyə hazırlaşması kimi qəbul edir.
Bahadur Seyidov