Rusiya Ukraynanı fəth edəcək gücə sahib deyil - Zelenski
“Rusiya Ukraynanı fəth edəcək gücə sahib deyil”.
Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, cəbhədə uğursuzluqla üzləşən rus qüvvələr raketlərlə Ukraynanı hədəfə alıb. Zelenski bildirib ki, Rusiya son hücumlar zamanı Ukraynaya 55 raket atıb. Raketlərdən 45-i məhv edilib. Zelenski Ukrayna müdafiə qüvvələrinin uğurlu şəkildə fəaliyyət göstərdiyini ifadə edib.
Zelenski bəyan edib ki, Rusiya Ukraynadakı hədəfi vurmaq üçün əvvəlki günlərlə müqayisədə daha böyük xərc sərf edir.
Bahadur Seyidov