Borrel Rusiyanı “Taxıl sazişi”ni dayandırdığına görə tənqid etdi



 16:51 02.11.2022     310

Avropa Birliyi Rusiyanı “Taxıl sazişi”ni dayandırdığına görə tənqid edib.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell  Rusiyanı sazişi icra etməyə çağırıb. O bildirib ki, saziş nəticəsində Ukraynadan dünya bazarlarına 9,5 milyon ton taxıl danışıb. Borrel Rusiyanı qidadan silah kimi istifadə etməkdə tənqid edib. Borrelin sözlərinə görə, Ukraynadan taxıl ixracının dayanması qida böhranına və qiymət artımına səbəb ola bilər.

Qeyd edək ki, Rusiya taxıl sazişini təktərəfli dayandırdığını açıqlayıb.

Bahadur Seyidov