İranın Azərbaycanda casus şəbəkəsi... - ŞOK FAKTLAR



 10:37 02.11.2022     575

İranın Azərbaycanda casus şəbəkəsinə bu ölkənin səfirliyi tərəfindən dəstək verildiyi fikri həmişə olub. DTX-nin əməliyyatı zamanı ortaya çıxan fakt isə bunu təsdiqlədi.

Demedia.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı deyib.

O bildirib ki, İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər:

"Çünki diplomatik toxunulmazlığı olduğu üçün səfirliyin avtomobilində yoxlama aparılmır və bu, onlara ölkəyə rahat gəlib-getmək, eləcə də istədiklərini daşımaq imkanı yaradır.

Söhbət “Kərimə dövləti”ni elan edən “Huseyniyyun” qruplaşmasından gedir. İran kəşfiyyyatının yaratdığı qruplaşmanın “fikir ataları”ndan biri də Qasım Süleymani idi. Qruplaşmanın üzvləri Azərbaycanda konstitusiya quruluşunu devirmək üçün “silahlı müqavimət” hazırladıqlarını gizlətmirlər.

Bu planın İran tərəfindən dəstəkləndiyi bəllidir. İranın Azərbaycandakı səfirliyin də planın içində olması artıq həm də təhlükənin miqyasından xəbər verir. Heç kim zəmanət verə bilməz ki, səfirliyin yoxlanılmayan avtomobillərində təcə təbliğat materialları yox, başqa şeylər də daşına bilər: planlaşdırdıqları “müqavimət” üçün silah-sursat, axtarışda olan şəxslər və s".

Xəyalə Məmmədova / Demedia.az