Pikedən ayrılan ŞAKİRA: "Susdum, bu haqda danışmaq çətindir"



 19:31 02.11.2022     722

"Barselona"nın ulduzu Gerard Pike ilə dünya şöhrətli müğənni Şakira arasında sevgi bir müddət əvvəl bitdi. 11 ildir xoşbəxt münasibətdə olan cütlük münasibətlərini bitirəndə aldatma iddiaları və xəyanət qalmaqalı gündəmə gəlib. Şakira ilk dəfə son aylardakı hadisələrlə dolu ayrılıqdan danışıb.

Demedia.az xəbər verir ki, Şakira Pike üçün böyük fədakarlıqlar etdiyini ifadə edib.

Onun sözlərinə görə, ilk dəfədir ki, yaşadıqlarından danışır:

"Susdum, bu haqda danışmaq çətindir. Çünki normal ayrılığımız olmayıb. Bu, təkcə mənim üçün deyil, uşaqlarım üçün də çətin oldu. Övladlarımı bu vəziyyətdən qorumağa çalışdım.Çünki onlar mənim həyatda ən vacib sərvətlərimdir. Məktəbdə, internetdə dostlarından nəsə eşidir. Bəd xəbərlərlə rastlaşırlar və bu onlara təsir edə bilər.

Bəzən mənə pis bir yuxu kimi gəlir, amma yox, realdır. Yəqin ki, həyatımın ən qaranlıq dövrüdür. Pike futbol oynamaq və çempionluq qazanmaq istəyirdi. Mən ona dəstək olmalıydım. Mən bu qurbanı sırf onun üçün, sevgi üçün etdim. Bunu kimsə etməli idi. Onun üçün karyeramı arxa plana keçirdim".
Bütün bunlardan sonra məşhur müğənni Şakira atası Uilyam Mebarakın xəstəxanada fiziki terapiya seansında Çadidə kömək etməsinin emosional videosunu paylaşıb.

Həkim kənardan baxarkən, atasına fiziki müalicə üsullarından istifadə edərək ayaqlarını hərəkət etdirməyə kömək etdikdən sonra Şakira onun ayaqlarını öpür.

Aysun / Demedia.az