Daimi oturaq şəkildə İŞLƏYƏNLƏR: Bunu etməsəniz qısa vaxtda...



 20:06 02.11.2022     679

Səhər tezdən masa başında işləmək və axşama qədər saatlarla oturmaq...  Bunun yaratdığı ən böyük problem çiyin, qol və əl nahiyələrində ağrıdır. 

Demedia.az bu ağrıları aradan qaldırmaq istəyənlər üçün 5 mühüm qaydanı təqdim edirik.

Masa işçiləri üçün idman edərkən zədələrin qarşısını almağın yolu

1-Ani yüklərdən çəkinin
İdman edərkən ani və partlayıcı yüklərdən qaçınmaq da diqqət etməli olduğunuz digər mühüm qaydadır. İdman zamanı bu əzələlərə edilən ani yüklənmələr əzələnin birdən uzanmasına və onsuz da bərkimiş əzələnin əzələyə bağlanmadan qopmasına səbəb ola bilər. Bu vəziyyətdə cərrahi müdaxilə qaçılmazdır.

2-İsinmadan idmana başlamayın
Bütün idman fəaliyyətlərində yükləməyə başlamazdan əvvəl ən azı 20 dəqiqə isinmək böyük əhəmiyyət kəsb edir. Bu yolla əzələlərin elastikliyi qorunur və zədə riski azalır. Lakin ofis işçilərinin yalnız sıx iş qrafiki zamanı idmanla məşğul olması mümkündür. Bu səbəbdən çox vaxt isinmə hissəsi atlanır və birbaşa idmana başlanır. Kifayət qədər isinməyən əzələyə yüklənmə kramplar, ağrılar və hətta əzələlərin qopması ilə nəticələnə bilər.

3-Gücləndirməni deyil, çevikliyi hədəfləyin
İş masasında çalışan işçilərin çiyinləri və qolları gün ərzində uzun müddət hərəkətsiz qalarkən, əllərdə və biləklərdə təkrarlanan hərəkətlər edilir. Bu, çiyin və qol əzələlərində spazm, əl və qol əzələlərində yorğunluqla nəticələnir. Unutmayın ki, stol arxasında işləyən insanlarda görülən əl, qol və çiyin ağrılarının əsas səbəbi zəiflik deyil, həddindən artıq yüklənmədir.

4-Eyni vəziyyətdə uzun müddət qalmayın
Əzələ sağlamlığımız üçün aktiv həyat mühüm rol oynayır. Çünki uzun saatlar hərəkətsizlik və arxa arxada ağır yüklər zədələnmə riskini artırır. 40 dəqiqəlik işdən sonra 5 dəqiqə gəzmək, oturarkən çiyinləri geri çəkərək gərmə hərəkətləri etmək, barmaqlarımızı, biləklərimizi və dirsəklərimizi uzatmaq əzələlərin yumşaqlığını qoruyaraq ağrıları azaldır. Yumşaq qalan əzələlər də idman yüklərinə daha yaxşı uyğunlaşır.

5- Duruşa diqqət edin
Uzun müddət çiyinləri irəli çəkərək ayaqda durmaq, qola gedən sinirlərin çiyin önündə sıxılmasına və kürəyinin ətrafındakı əzələlərin sərtləşməsinə səbəb ola bilər. Odur ki, iş masası arxasında işləyərkən çiyinlərinizlə şaquli vəziyyətdə dayanmalı, qollarınızı yumşaq bir səthə qoyaraq işləməlisiniz. Dik vəziyyətdə dayanarkən ekranın gözlərinizlə eyni səviyyədə olduğundan əmin olun.

Aysun / Demedia.az