İran Səudiyyə Ərəbistanına hücum edəcəyi barədə iddiaları rədd etdi


İran Səudiyyə Ərəbistanına hücum edəcəyi barədə iddiaları rədd edib.
Demedia.az xəbər verir ki, bu barədə İranın xarici işlər nazirliyinin sözçüsü Nasır Kənani açıqlama verib. O bildirib ki, bu iddialar Qərb tərəfindən irəli sürülüb. Məqsəd İran əleyhinə etiraz yaratmaq və bölgə ölkələri ilə münasibətlərini pozmaqdır.
Qeyd edək ki, ABŞ-ın “The Wall Street Journal” qəzeti İranın İraq və Səudiyyə Ərəbistanına hücum edəcəyini açıqlayıb. İddia edilib ki, İran ölkədəki aksiyalardan diqqəti yayındırmaq üçün belə həmlə edəcək.
Bahadur Seyidov