Qətər ölkəyə gələn əcnəbilərə hədislərdən nümunələr təqdim edəcək



 13:29 03.11.2022     304

Qətər futbol üzrə dünya çempionatını izləmək üçün ölkəyə gələn əcnəbilərə hədislərdən nümunələr təqdim edəcək.

Demedia.az xəbər verir ki, turistik ərazilərdə və müxtəlif yerlərdə dini nümunələrin olduğu lövhələr yerləşdiriləcək. Məlumata görə, artıq proses başlayıb. Dini nümunələr ingilis dilinə də tərcümə edilib.

Dünya Müsəlman Alimləri Birliyinin baş katibi Ali Kardaği Qətərin qərarını təqdir edib. O bildirib ki, Qətər İslamı təbliğ etmək üçün şüurlu təbliğat aparır.

Bahadur Seyidov