Klimancaro zirvəsindəki yanğınları söndürmək üçün ordu cəlb edildi



 17:32 03.11.2022     322

Tanzaniya Afrikanın ən hündür dağı Klimancaroda davam edən yanğınları söndürmək üçün ordunu cəlb edib.

Demedia.az xəbər verir ki, əraziyə yüzlərlə hərbçi cəlb edilib. Müdafiə Nazirliyi orduya yanğınla mübarizə aparmaq üçün əmr verildiyini qeyd edib. Bildirilib ki, hərbçilər və yerli könüllülər birgə işləyərək iki həftədir davam edən yanğınları söndürməyə çalışacaqlar. Bildirilir ki, iki həftə əvvəl yanğınlar nəzarət altına alınsa da, fərqli ərazilərdə başlayan alov sürətlə yayılaraq yeniən geniş ərazini külə çevirib.

Qeyd edək ki, turistik ərazi olan Klimancaro zirvəsinin hündürlüyü 5895 metrdir.

Bahadur Seyidov