Fransada son 80 ilin ən isti oktyabr ayı müşahidə edildi



 14:31 03.11.2022     305

Fransada son 80 ilin ən isti oktyabr ayı müşahidə edilib.

Demedia.az xəbər verir ki, ölkə miqyasında orta aylıq temperatur 17 dərəcə olub. Korsika adasında bir həftə əvvəl temperatur 32,5 dərəcə olub. Bordo şəhərində isə iki həftə əvvəl 30 dərəcə temperatur olub. Məlumata görə, bu normadan 4-5 dərəcə çoxdur. Məlumata görə, Fransada sonuncu dəfə belə isti oktyabr ayı 1945-ci ildə olub.

Yerli dairələrin məlumatına görə, temperaturun artması qlobal istiləşmə ilə bağlıdır.

Bahadur Seyidov