Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi



 16:18 03.11.2022     335

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Demedia.az xəbər verir ki, sanksiyalar 4 rusiyalı oliqarxa aid edilib. Britaniyanın iddiasına görə, rusiyalı oliqarxlar Prezident Vladimir Putinin Ukraynadakı müharibəsini maliyələşdirir. Məlumata görə, iş adamlarının bütün hesabları dondurulub və onlara viza qadağası tətbiq edilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukrayna müharibədə qalib gələnə qədər Rusiya üzərində təzyiq davam edəcək.

Bahadur Seyidov