Azərbaycan İrana nota verə bilər - Politoloq



 14:05 03.11.2022     570

Ötən gün Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsi ilə bağlı məlumat yaydı. Məlumatda ən çox diqqətçəkən və müzakirə olunan isə İranın Azərbaycandakı səfirliyinin bu silahlı birləşmə ilə əlbir olmasıdır. Ümumiyyətlə bu və bu kimi addımlar dövlət təhlükəsizliyimizə birbaşa təhdiddir. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına görə də bu addım konvensiyanın pozulması deməkdir.

Demedia.az xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib.

O bildirib ki, rəsmi Bakı bu halda aşağıdakıları edə bilər:

"1. Azərbaycan İrana nota təqdim edə bilər.

2. Azərbaycan Xarici İşlər Naziriliyi İranın Bakıdakı səfiri Seyid Abbas Musəvini persona non-qrata elan edə bilər.

3. Azərbaycan İranın ölkəmizdə fəaliyyət göstərən səfirliyini qapadaraq səfir daxil olmaqla, əməkdaşları ölkələrinə geri göndərə bilər.

Üçüncü versiya daha radikal və faktiki olaraq diplomatik münasibətlərin bitməsi demək olduğundan ediləcəyini düşünmürəm. Lakin İranın Bakıdakı səfiri Seyid Abbas Musəvini persona non-qrata elan edilməlidir".

Xəyalə Məmmədova / Demedia.az