Tehranda oturan fars rejiminə "soyuq duş effekti"...
Azərbaycan İrana əzələ nümayiş etdirdi.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, İranla Azərbaycan arasında 30 il ərzində qarşılıqlı hərbi əzələ nümayişi olmamışdı:
"Azərbaycanın ikinci Qarabağ müharibəsində qalıb gəlməsi, regionda yeni geosiyasi reallıqlar yaratması, Tehran rejimini narahat etdi.
Azərbaycanla sərhəddə üç hərbi təlim keçirməklə hərbi əzələ nümayiş etdirdi. Axrinci təlimlər isə, hücum xarakterli hərbi təlimlər idi. Buna görə Tehranın cavabı verilməli idi. Azərbaycan cənub sərhədlərində müxtəlif qoşun növlərinin hərbi təlimlərinə start verdi. Xüsusi təyinatlılar(Yaşma), aviasiya və artilleriya qoşunlarının birgə hərbi təlimləri Tehran rejiminə mesajdır.
Məhz bu təlimlərdə YAŞMA adlanan xüsusi təyinatlıların hərbi təlimlərə cəlb edilməsi dost dediyi Ermənistanın aqibətini Tehrana göstərməkdir.
İran müstəqil və güclü Azərbaycanı qarşısında görür. Bu hərbi təlimlər Tehranda oturan fars rejimində "soyuq duş effekti" yaradır.
Bundan sonra, İran Azərbaycanla sərhəddə təlimlər keçirməyəcək. Ölkəmizə qarşı hibrid müharibəsini davam etdirəcək. İran növbəti hərbi təlimlərini Xəzər dənizində keçirə və Azərbaycanın ərazi sularına poza bilər. Belə olan təqdirdə İran gəmilərinə qarşı mütləq hərbi müdaxilə edilməlidir".
Xəyalə Məmmədova / Demedia.az