Şeyma Acundan sonra yenidən evlənir? - ŞOK



 19:03 03.11.2022     608

Misirli iş adamı Mohammed Alsaloussi ilə eşq yaşayan sosial media fenomeni Şeyma Subaşı etdiyi paylaşımla hər kəsi şoka salıb. 

Demedia.az xəbər verir ki, instaqram hesabının hekayələr bölməsində sevgilisi ilə çəkdirdiyi şəkilləri yerləşdirən və "arvadın olmaq üçün səbirsizlənirəm" qeydini əlavə edən məşhurun bu hərəkətindən sonra ötən il verdiyi "toy" açıqlaması gündəmə gəlib.

Şeyma Subaşının paylaşımı Mohammed Alsaloussi üçün edilib: "Həyat yoldaşınız olmaq üçün səbirsizlənirəm!"

Keçən aylarda misirli iş adamı sevgilisi Məhəmməd Alsaloussi ilə ayrıldığını açıqlayan fenomen adı Şeyma Subaşı belə demişdi: "Bildiyiniz və şahid olduğunuz kimi, Meedo Alsaloussi ilə təxminən 1,5 ildir ki, qarşılıqlı razılaşma ilə münasibətimizə son qoymaq qərarına gəldik. Hörmətlə qərar verdik və yollarımızı ayırdıq, aldığımız bu qərara və yaşadığımız həssas prosesə görə siz dəyərli izləyicilərim və mətbuat mənsublarımdan hörmət və anlayış diləyirəm”.

Ancaq cütlüyün bu ayrılığı uzun sürməyib və ikisinin barışdığı öyrənilib. Subaşının qızı Melisanın Mido ilə Luvr muzeyinin qarşısında çəkdirdiyi fotosu bomba kimi gündəmə gəlib.  Cütlük Parisdə lüks bir oteldə birlikdə qalırmış.

Aysun / Demedia.az