Efiopiyada vətəndaş müharibəsi başa çatdı



 15:49 03.11.2022     343

Efiopiyada hökumətlə üsyançı “Tiqray xalq azadlığı cəbhəsi” qruplaşması arasında sülh müqaviləsi imzalanıb.

Demedia.az xəbər verir ki, sülh müqaviləsinə görə, üsyançılar silahı yerə qoymağa razılaşıb. Bununla da, iki ildir davam edən vətəndaş müharibəsi başa çatıb. Razılaşmaya görə, üsyançılar hökumət qüvvələrinə hücumları dayandırıb. Təhlükəsizlik qüvvələrinin asayişi bərpa etməsinə maneələr yaradılmayacaq.

BMT, Afrika Birliyi, ABŞ, Türkiyə və digər ölkələr sülh müqaviləsindən məmnunluq ifadə ediblər.

Bahadur Seyidov