Polşa Rusiya səfirliyinin icarəyə götürdüyü istirahət obyektini geri aldı
Polşa hökuməti Varşavada Rusiya səfirliyinin icarəyə götürdüyü istirahət obyektini geri alıb.
Demedia.az xəbər verir ki, Polşa icarə müqaviləsini ləğv edib. Məlumata görə, istirahət obyekti 1980-ci ildən bəri rusların istifadəsində idi. Bildirilib ki, müqavilə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ləğv edilib. Polşa rəsmilərinin sözlərinə görə, istirahət obyekti SSRİ nümayəndələri tərəfindən də istifadə edilib. Polşa hökuməti icarə müqaviləsinin ləğvinə səbəb isə icarə ödənişin gecikməsini göstərib.
Bahadur Seyidov