ABŞ təlimlərin vaxtını uzatdı - Etiraz
ABŞ və Cənubi Koreyanın hava qüvvələrinin birgə təlimlərinin vaxtı uzadılıb.
Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusundan məlumat verilib. Bildirilib ki, Pxenyanın yeni ballistik raket sınaqlarından sonra təlimlərin vaxtının uzadılmasına qərar verilib. Şimali Koreyanın raket sınaqlarının təxribat olduğu bildirilib. Qeyd edək ki, Şimali Koreya yarımada sahillərində başlayan ABŞ və Cənubi Koreyanın birgə təlimlərinə etiraz olaraq azı 10 ballisti raket atıb.
Raketlərdən biri Cənubi Koreya sahillərinə düşüb. İlk dəfədir Şimali Koreyanına atdığı raket Cənubi Koreya sahillərinə düşür.
Bahadur Seyidov