Şimali Koreya 180 təyyarəni sərhədə göndərdi



 12:47 04.11.2022     317

Şimali Koreyanın 180 təyyarəsi Cənubi Koreya sərhədlərinə yaxınlaşıb.

Demedia.az xəbər verir ki, bu barədə Cənubi Koreya ordusundan açıqlama verilib. Məlumata görə, təyyarələr 4 saat uçuş həyata keçiriblər. Döyüş təyyarələri hərbi sərhəd xəttinə 20 kilometr məsafəyə qədər yaxınlaşıblar. Bildirilir ki, Cənubi Koreya buna cavab olaraq 80 təyyarəsini havaya qaldırıb.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya orduları ərazidə birgə hərbi təlimlər keçirir. Təlimlərə 240 təyyarə cəlb edilib. Şimali Koreyanın təxribatlarına cavab olaraq təlimlərin vaxtının uzadıldığı açıqlanıb.

Bahadur Seyidov