Bolqarıstan Ukraynaya silah dəstəyi verəcək
Bolqarıstan parlamenti Ukraynaya silah dəstəyinin verilməsi barədə qərar qəbul edib.
Demedia.az xəbər verir ki, sənədin lehinə 155, əlehinə isə 49 deputat rəy verib. Məlumata görə, keçmiş kommunist partiyasının siyasəti ilə idarə olunan Bolqarıstan Sosialist Partiyasının 25 nəfəri və Ukrayna müharibəsində Rusiyaya dəstək verən populist Dirçəliş partiyasının 27 deputatı səsvermədə iştirak etməyib.
Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynaya ağır silahlaırn verilməsi mümkün olmayacaq.
Bahadur Seyidov