Pakistanda İmran Xana görə etiraz aksiyaları başladı
Pakistanda keçmiş Baş nazir İmran Xana təşkil edilən sui-qəsddən sonra etiraz aksiyaları başlayıb.
Demedia.az xəbər verir ki, aksiyalar ölkə miqyasında keçirilir. Etirazçılar İmrana Xana sui-qəsd təşkil edilməsinə etiraz edir. Nümayişçilər hərəkət istiqamətlərini bağlayıb. Etirazçılar hücumu təşkil edənlərin tapılaraq ədalət qarşısında cavab verməsini tələb ediblər. Nümayişçilər hökumət əlyehinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, İmran Xan növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə təşkil edilən aksiya zamanı hücuma məruz qalaraq, ayağından yaralanıb.
Bahadur Seyidov