Fransa rasizm və irqçiliyi yaymaqla məşğuldur -  Politoloq



 15:01 04.11.2022     577

Fransa parlamentinin iclası ifrat sağçı Milli Cəbhə partiyasının rəhbəri Marin le Penin həmkarı solçu Boyun Əyməyən Fransa hərəkatının Millətvəkili Karlos Martens Bilonqoya sırf dərisinin rənginə görə "Afrikaya geri dönsünlər" deyə qışqırıb. Bundan sonra Fransa parlamenti iclasını dayandırıb. K. M. Bilanqo daha sonra açıqlamasında “Mövzu yenə mənim dərimin rənginə gəldi. Bu, utancvericidir. Mən Fransada dünyaya gəlmişəm və fransızam” deyib. 

Demedia.az xəbər verir ki, bunu politoloq Turan Rzayev vurğulayıb.

O bildirib ki, Marin le Penin Karlos Martens Bilonqoya sırf dərisinin rənginə görə "Afrikaya geri dönsünlər" deməsi irqçilik və rasizmdir:

"Ümumiyyətlə dəri rənginin fərqli olmasına görə kimisə alçatmaq, özündən aşağı səviyyədə görmək idbarlıqdır. Fransa başda olmaqla hazırda bir çox Avropa ölkəsində irqçilik, rasizm, neonasizm və islamafobiya sürətlə yayılır.
Dünyaya "demokratik" dəyərlər aşıladığını car çəkən Fransa əslində rasizm və irqçilik kimi xəstə təfəkkür məhsulu olan mənfi düşüncəni yaymaqla məşğuldur.

Müqayisə üçün deyim ki, nə bu gün, nə də bundan əvvəlki illərdə Azərbaycanda heç kəs dərisinin rənginə görə mühakimə edilməyib".

Xəyalə Məmmədova / Demedia.az