İranda etirazçılar mədrəsələrə hücum etdi



 14:28 04.11.2022     300

İranda Məhza Əminin öldürülməsindən sonra başlayan etiraz aksiyaları davam edərkən, etirazçılar artıq mollaları və molla təhsili verən mədrəsələri də hədəfə almağa başlayıblar.

Demedia.az xəbər verir ki, sosial mediada gənclərin mollaların başlarından əmmamələrini düşürtməsi barədə görüntülər yer almasından sonra indi də mədrəsələrə hücumlar başlayıb. Etirazçıların mədrəsələrə od vurduğu barədə görüntülər sosial mediada paylaşılıb.

Qeyd edək ki, çağırışlardan sonra İranın bir sıra şəhərlərində yenidən etiraz aksiyaları başlayıb.

Bahadur Seyidov