İbrahim Rəisi Co Baydenə cavab verdi



 16:14 04.11.2022     352

İran Prezidenti İbrahim Rəisi amerikalı həmkarı Co Baydenin “İranı azad edəcəyik” açıqlamasına münasibət bildirib.

Demedia.az xəbər verir ki, o bildirib ki, İran hələ 43 il əvvəl azad olub. “Ölkə olaraq əsarətiniz altına düşməmək üçün israrlıyıq” deyən İran Prezidentinin sözlərinə görə, ABŞ İranın sabitliyini hədəfə alır. İran Prezidenti bu məsələdə xalqı diqqətli olmağa çağırıb.

Dövlət rəhbərinin sözlərinə görə, aksiyalara qoşulan hər kəs düşmənin planına uyğun hərəkət edir.

Bahadur Seyidov