Sonsuzluğun dərmanı çayda gizlidir - Həftədə 3 dəfə çay içən kişilər...



 19:01 04.11.2022     582

Bu gün uşaq sahibi olmaq istəyən, lakin xoşbəxt sona çata bilməyən bir çox cütlük həkim müayinəsi zamanı oxşar sağlamlıq problemləri ilə üzləşirlər. 

Demedia.az xəbər verir ki, bunlardan biri də oturaq həyat tərzi və düzgün qidalanmamaq kimi faktorların səbəb olduğu kişi sonsuzluğunda ön sıralarda olan sperma sayının azalmasıdır. 

Son illərdə adı COVID-19 ilə hallanan Çinin Uhan şəhərindəki Hubei Universitetinin tədqiqatçılarına görə, çay bu mühüm problemin həllində mühüm rol oynayır. Tədqiqatlardan əldə edilən son məlumatlar, həftədə ən az üç gün çay içən kişilərdə sperma sayında əhəmiyyətli bir artım olduğunu ortaya qoydu.

Sonsuzluq hallarının təxminən yüzdə 40-ı kişilərdə görülən problemlər nəticəsində yaşanır və bu problemlərdən birincisi sperma çatışmazlığıdır. Kişidə hər millilitrdə orta hesabla 15 milyon və ya daha çox sperma hüceyrəsi olmalıdır. Spermanın 15 milyondan az olması oliqospermiya, sperma olmaması isə azospermiya adlanır.

Çində tədqiqatçılar 1400-ə yaxın kişinin sperma keyfiyyətini araşdırıblar. Nəticələr heyrətamiz olub. Məlum olub ki, çay içən kişilərdə sperma konsentrasiyası və sperma sayı daha yüksəkdir. Tədqiqatçılar müəyyən ediblər ki, həftədə ən azı üç gün çay içənlərin sperma sayı 5 faiz, konsentrasiyası isə 0,4 faiz artıb. Həftədə üç gündən az çay içənlərin ümumiyyətlə çay içməyənlərlə eyni nəticə əldə etdiyi müşahidə edilib. Tədqiqat qrupu həmçinin 10 il və ya daha çox çay içənlərin sperma konsentrasiyasının çay içməyənlərə nisbətən 15,3 faiz daha yüksək olduğunu aşkar edib.

Aysun / Demedia.az