Dünyanın ən xoşbəxt ölkəsi: Burada 25 yaşına kimi evlənməsəz...
Dəfələrlə dünyanın ən xoşbəxt ölkəsi seçilən Danimarka Şimali Avropada Skandinaviya ölkəsi kimi ziyarətçilərinə qucaq açır.
Hər il milyonlarla insanın axın etdiyi Danimarka insanların demək olar ki, çoxunun getmək istədiyi ölkədir.
Bəs, tez-tez maraq doğuran Danimarkanın bilinməyən xüsusiyyətləri hansılardır?
Danimarka haqqında araşdırmaya başlayanda ilk olaraq Danimarkanın çox xoşbəxt bir ölkə olduğunu görəcəksiniz. BMT-nin Dünya Xoşbəxtlik Hesabatına görə, hazırda dünyanın ikinci ən xoşbəxt ölkəsi olan Danimarka istiqanlı insanları və maraqlı xüsusiyyətləri ilə xoşbəxtlik saçır.
Şimali Avropada bir Skandinaviya ölkəsi olan Danimarkada düz 444 ada var, lakin onlardan yalnız 76-nın məskunlaşdığı bilinir. Danimarkada bir adaya getmək istəyirsinizsə, bir çox variantınız var. "Mən yaşıl və mavinin qovuşduğu bütün nöqtələrdəyəm!" Danimarka desəniz, sizə çox uyğun olacaq.
Danimarka dili özünəməxsus üslubu ilə bir çox samitlərin birləşməsindən əmələ gəlir. Danimarka dili mürəkkəb quruluşuna görə dünyanın ən çətin dillərindən biri hesab olunur. Bu çətinliyi sübut edən hallardan biri də dünyanın digər dillərində tez-tez rast gəlmədiyimiz üç hərfdir: Æ, Ø və Å. Bu hərflərin
Danimarka dilini ingilis dilindən ayırdığı və dili öyrənməyi çətinləşdirdiyi deyilir.
Danimarkanın rəsmi bayrağı olan Dannebrog ilk dəfə 1219-cu ildə qəbul edildi və bu, 803 il əvvəldən bu günə qədər müstəqil bir xalq tərəfindən istifadəedilən ən qədim dövlət bayrağı oldu.
Danimarkanın maraqlı xüsusiyyətləri ilə bağlı iddiaların əksəriyyəti, Danimarkanın 25 yaşına çatmış və hələ evli olmayan şəxslərə fərqli üsul tətbiq etdiyini göstərir. Deyirlər ki, əgər 25 yaşınız varsa və hələ də subaysınızsa, doğum gününüzdə yaxınlarınızın sizə darçın atması çox mümkündür.
Aysun / Demedia.az