Tvitterdə islahatlar davam edir
SpaceX-in rəhbəri İlon Maskın Tvitteri almasından sonra şirkətdə islahatlar davam edir.
Demedia.az xəbər verir ki, Mask şirkətin Qanada yerləşən ofisinin demək olar ki, bütün işçilərini işdən uzaqlaşdırıb. Şirkətdəki 20 nəfər işdən çıxarılıb. Cəmi 1 nəfər işinə davam edib. Qanadakı ofisə göndərilən məktubda qeyd edilib ki, Tvitter xərcləri azaltmaq üçün belə qərar qəbul edib. Bu məqsədlə şirkət fəaliyyətini yenidən nəzərdən keçirir.
Qeyd edək ki, İlon Mask işçilərin ixtisarı ilə bağlı Tvitteri alandan sonra açıqlama vermişdi.
Bahadur Seyidov