Ukrayna ABŞ-dan dron hücumlarına qarşı yeni müdafiə sistemləri tələb etdi



 15:45 10.11.2022     308

Ukrayna ABŞ-dan dron hücumlarına qarşı yeni müdafiə sistemləri tələb edib.

Demedia.az xəbər verir ki, bu barədə “ABC news” televiziyası məlumat yayıb. Bildirilir ki, bu barədə Ukrayna parlamentinin sədri Ruslan Stefancukun imzası ilə ABŞ-a müraciət ünvanlanıb. Məktubda qeyd edilir ki, strateji obyektlərin müdafiəsi üçün dron əleyhinə müdafiə sistemlərinə ehtiyac var. Məlumata görə, Ukraynanın tələb etdiyi “C-RAM Minigun” hava hücumundan müdafiə sistemləridir.

ABŞ ordusu bu sistemlərdən Bağdad və Kabildə ABŞ səfirliyini müdafiə etmək üçün istifadə edir.

Bahadur Seyidov