Rusiya ordusu artıq döyüşə bilmir - Bölgədə nə baş verir?



 16:27 10.11.2022     581

Ukraynanın əks hücumları və yeni hücum silahlarla təchiz edilməsi noyabrda Xersonun azad ediləcəyini qeyd etmişdim. Çünki Rusiya ordusu döyüşə bilmir, elit qüvvələri məhv edilib, səfərbərliklə orduya cəlb olunanların döyüş qabiliyyəti aşağıdır.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, artıq Rusiya ordusu Xersonu boşaldır:

"Hücumun uğurlu alınmasında Ukraynaya verilən hücum və öldürücü silahlar, həmçinin Ukrayna qoşunlarının döyüş və mənəvi-psixoloji hazırlığının səviyyəsi yüksək olmasıdır.

Xersondan sonra növbəti hücum istiqaməti Mariupol olacaq. Mariupol və Zaparojye tam azad edildikdən sonra hücum Krım olacaq. Ondan sonra intensiv danışıqlar başlayacaq. Rusiya və Ukrayna arasında vasitəçi Türkiyə deyil, arxafonda Vaşinqton olmaqla Kiyev və Moskva birbaşa danışıqlar aparacaq. ABŞ, Türkiyənin vasitəçiliyinə imkan verməyəcək".

Xəyalə Məmmədova / Demedia.az