Hindistan Fransadan Rafale təyyarələri almaq istəyir



 16:54 10.11.2022     311

Hindistan Fransadan Rafale təyyarələri almaq istəyir.

Demedia.az xəbər verir ki, bu barədə Hindistan ordusunun hava qüvvələrindən bildirilib. Məlumata görə, hava qüvvələrinin “4,5 nəsil” təyyarələrə ehtiyacı var. Bildirilir ki, Hindistan tərəfi məsələ ilə bağlı Fransa ilə müzakirələr aparıb.

Qeyd edək ki, Hindistan və Fransa hava qüvvələri birgə təlimlər keçirib. Təlimlər zamanı Hindistan Hava Qüvvələrinin komandanı Chaudhari Rafale təyyarəsini idarə edib.

Bahadur Seyidov