Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın ballistik raket sınağını qınadı
Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın ballistik raket sınağını qınayıb.
Demedia.az xəbər verir ki, Yaponiyanın Asiya və Okeaniya üzrə nümayəndəsi Funakoşi Takehiro ilə ABŞ Prezidenti Co Baydenin Şimali Koreya üzrə xüsusi nümayəndəsi Sunq Kim arasındakı telefon danışığı zamanı Pxenyanın təxribatları müzakirə edilib. Bildirilib ki, Şimali Koreya raket sınaqları ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur. Nümayəndələr raket sınaqlarının qəbuledilməz olduğunu bəyan edib.
Qeyd edək ki, Şimali Koreya Çin dənizinin şərqinə qısa mənzilli raket atıb.
Bahadur Seyidov