Nəzarətdən çıxmış raketin qalıqları Filippin sahillərinə düşdü
Çinə aid olduğu güman edilən nəzarətdən çıxmış raketin qalıqları Filippin sahillərinə düşüb.
Demedia.az xəbər verir ki, bu barədə Fillipinin Kosmik Agentliyi açıqlama verib. Bildirilib ki, qalıqlar artıq tapılıb. Qalıqların üzərində Çin bayrağının rənglərinin olduğu deyilir. Raketin qalıqları araşdırılır. Məlumata görə, raket qalıqlarının fəsadları olmayıb. Bununla belə, Filippin tərəfinin BMT-yə müraciət edərək Çindən təzminat tələb edə biləcəyi irəli sürülür.
Qeyd edək ki, qalıqların Çinin Long March 5B raketinə aid olduğu güman edilir.
Bahadur Seyidov