Avropa Birliyi Ukraynaya 18 milyard avro təklif etdi



 18:13 10.11.2022     339

Avropa Birliyi müharibə ilə bağlı Ukraynaya 18 milyard avro dəstək təklif edib.

Demedia.az xəbər verir ki, Avropa Birliyi Komissiyası bununla bağlı təklif hazırlayıb. Maddi dəstəyin mərhələli şəkildə Ukraynaya verilməzi nəzərdə tutulub. Bu miqdar kredit formasında Kiyevə təklif ediləcək. Kreditin faizləri Avropa Birliyi tərəfindən ödəniləcək. Faizlər Avropa Birliyi ölkələri tərəfindən birliyin büdcəsinə ödənilən dəstəklər hesabına qarşılanacaq.

Maliyyənin Ukrayna vətəndaşları üçün xərclənməsi nəzərdə tutulub.

Bahadur Seyidov