Günəşdə baş verən partlayışlar: Bu, hansı problemlərə səbəb ola bilər?
Alimlərdən bir-birinin ardınca günəşlə bağlı xəbərdarlıq gəlir. Bir müddətdir məşhur serialların mövzusu olan günəşdəki qeyri-adi aktivlik maraq doğurub.
Ekspertlər bununla bağlı bir daha xəbərdarlıq ediblər. Son xəbərdarlıq belədir: Mars böyüklüyündə olduğu ifadə edilən Günəşdə müşahidə edilən bir zərrənin bir neçə gün ərzində Yerdəki radio rabitəsinə, GPS və elektromaqnit sistemlərinə təsir göstərə bilər.
Bəs günəşdəki partlamalara səbəb nədir?
Yeni günəş ləkəsini ABŞ-ın Florida ştatında müşahidə aparan həvəskar astronom Martin Wise aşkar edib. Mütəxəssislər Günəşdə müşahidə edilən böyük bir qaranlıq nöqtənin Yerə doğru döndüyünü açıqlayıb. Yaxın bir neçə gündə bu ölçüsün arta biləcəyini də açıqladılar. Bu günəş ləkəsi 11 illik elektromaqnit fəaliyyətinin yeni dövrü olan Solar Cycle 25-in bir hissəsi idi və üzərində kiçik partlayışlar baş verdi. Ləkənin sahəsi böyüyür və yaxın günlərdə güclü günəş alovları yarada bilər.
Təbii ki, ən böyük təsir rəqəmsal həyatdadır. Həyatımızın vazkeçilməz hissəsi olan rəqəmsal sistemlərin Günəşdəki partlayışlardan birbaşa təsirləndiyi deyilir. Deməli, mümkün fəlakət dünyada kommunikasiya şəbəkəsinə ciddi təsir göstərə bilər.
Aysun / Demedia.az