Heç vaxt getmək istəməyəcəyiniz 3 ADA



 22:05 10.11.2022     930

Elə yerlər var ki, insanların yaşaması üçün əlverişli mühit yoxdur. 

Həm təbii həyat, həm də quruluş baxımından insan əhalisi üçün uyğun deyil. O yerlərin bəziləri insan həyatını mümkün etməyən adalardır.
Heç vaxt getmək istəmədiyiniz həmin adalardan biri də Howland adasıdır.

Amerika Birləşmiş Ştatlarının bir hissəsi olan Howland adası mərcan adası kimi tanınır və Sakit Okeanın ortasında yerləşir. Bol Quan (xüsusən də uzun illər bəzi yerlərdə dəniz quşlarının nəcis və cəsədlərinin toplanıb yığılması nəticəsində əmələ gələn, gübrə kimi istifadə edilən azot və fosfatla zəngin bir maddə) ehtiyatına malikdir.

Adaya giriş ancaq ABŞ səlahiyyətliləri tərəfindən alim və pedaqoqlara verilən xüsusi icazə ilə mümkündür.

Buvet adası

Braziliyanın Sao Paolo sahillərində yerləşən adanın sahəsi 110 hektardır. Tamamilə ağaclarla örtülmüş adaya adından da göründüyü kimi ilanlarla dolu olduğu üçün səlahiyyətlilər girişə icazə vermir. Hər kvadrat metrdə 5 ilan olan adada yüz minlərlə Bothrops Insularis ilanları var. Bu çox zəhərli növ ada üçün unikaldır.

Ramree adası

900 nəfərlik Yapon ordusu 1945-ci ildə Birmada yerləşən və orta hesabla 1350 kvadrat kilometr əraziyə malik Ramri adasında məğlub oldu. Rəvayətlərə görə; Palçıqda ölən əsgərlərin ruhunun hələ də bu adada olduğu deyilir. Ada zəhərli milçək və hörümçəklərin və digər ölümcül canlıların vətəni kimi də tanınır və adada bəzi əsgərlərin timsahlar tərəfindən parçalanması əfsanələr arasındadır.

Aysun / Demedia.az