Məktəbdə DƏHŞƏT: Şagirdin qardaşları müəllimi döydü - Video



 18:39 10.11.2022     580

Türkiyədə məktəbdə xoşagəlməz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Şırnakın Cizrə rayonundakı Cümhuriyyət orta məktəbində müəllim M.K. imtahanda saxtakarlıq edən şagirdi məktəb rəhbərliyinə şikayət edib.

Direktor vəziyyətlə bağlı şagirdin ailəsinə məlumat verib.

Məktəbə gələn şagirdin böyük qardaşları dərs zamanı sinif otağına daxil olaraq müəllimi döyüblər.
Müəllim qardaşları polisə şikayət edib. Saxlanılan şübhəlilərin istintaqı davam etdirilir.

Aysun / Demedia.az