Türk dövlətlərinin sıx birliyi yeni mərhələyə keçib - Açıqlama
Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşü Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni bir geosiyasi nizamın formalaşmasına ciddi töhfə verir. Demək olar ki, hər iki regionda Türkiyənin siyasi mövqeləri möhkəmlənir. Bununla bərabər Türkiyənin beynəlxalq müstəvidə rolunu gücləndirir.
Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Rusiyanın Ukrayanda hərbi-siyasi məğlubiyyəti, Mərkəzi Asiya Türk dövlətlərinin Türkiyə ilə yaxınlaşmasını gücləndirir:
"Tarixi fürsəti fövtə verməyən üzv ölkələr birlik çərçivəsində xarici təhdidləri neytrallaşdıracaqlar.
Qeyd edim ki, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan Anakara ilə bir çox sahələrdə müqavilələr imzalayaraq əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Həmçinin Azərbaycanda hər üç ölkə ilə strateji tərəfdaşlıq müqaviləsinə malikdir.
İkinci Qarabağ müharibəsindən sonra Türk dövlətlərinin sıx birliyi yeni mərhələyə keçib. Gedən proseslərdən aydın olur ki, Türkiyə yaxın perspektivdə Mərkəzi Asiyanın təhlükəsizliyinin qarantı olacaq. Bu zirvə görüşündə Şimali Kipr Respublikasına təşkilatda müşahidə statusu verilməsi üzv ölkələr arasında heç bir problem olmadığını göstərir.
Türk Dövlətləri Təşkilatı təkcə siyasi-mədəni deyil, hərbi blokun yaradılması istiqamətində yaxın müddətdə prosesə başlayacaqlar.
Türkiyə və Azərbaycanın birgə səyləri ilə inkişaf edən bu təşkilat yaxın perspektivdə öz birgə hərbi kontingentini formalaşdırmasına getməlidir. Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhliznin açılmasının vacibliyini vurğuladı. Həmçinin Güney Azərərbaycanda soydaşlarımızın hüquqlarının müdafiəsini qeyd etməklə İranada ciddi mesajlar verdi".
Xəyalə Məmmədova / Demedia.az