NATO-dan Rusiyanın geri çəkilməsinə reaksiya



 12:18 11.11.2022     311

NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ordusunun Xerson şəhərindəki müdafiə xəttini geri çəkməsinə münasibət bildirib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Rusiya ordusunun qərarı barədə danışmaq tezdir. Gözləyib meydanda nələr olacağını izləmək lazımdır. Stoltenberqin sözlərinə görə, Rusiya ordusunun geri çəkilməsinə səbəb Ukrayna ordusunun hücumları olub. “Məlumata görə, Rusiya ordusu geri otuzduruldu” deyən Stoltenberq, Rusiyanın ukraynalıların cəsarətlərini diqqətə almayaraq səhv etdiyini deyib.

Bahadur Seyidov