İlon Maskdan işçilər barədə yeni qərar
Tvitteri alan İlon Mask şirkətdə islahatları davam etdirir.
Demedia.az xəbər verir ki, Mask şirkət işçilərinin onlayn işləməsinə son verib. Onun qərarına görə, işçilər həftədə azı 40 saat ofisdən işləməlidirlər. Bildirilir ki, Maskın qərarı mesaj vasitəsilə işçilərə çatdırılıb. Açıqlamada deyilir ki, Maskın öz qərarı əsasında bəzi istisnalar istisna olmaqla bütün işçilər ofisdən işləməlidir.
Qeyd edək ki, İlon Mask Tvitteri alandan sonra şirkətin əməkdaşlarının demək olar ki, yarısını işdən çıxarıb. Mask bildirib ki, şirkətdə maliyyə çətinlikləri olduğuna görə belə qərar qəbul edib.
Bahadur Seyidov