ABŞ Ukraynaya hava hücumlarından müdafiə sistemləri verəcək



 15:21 11.11.2022     291

ABŞ Ukraynaya hava hücumlarından yeni müdafiə sistemləri verəcək.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan açıqlama verib. O, Ukraynaya veriləcək müdafiə sistemlərini “vacib” adlandırıb. Məlumata görə, müdafiə sistemləri yeni yardım paketinin tərkibində yer alır.

Qeyd edək ki, Ukrayna Rusiyadan dron hücumlarına qarşı yeni müdafiə sistemləri tələb etmişdi. Məlumata görə, Ukraynanın tələb etdiyi “C-RAM Minigun” hava hücumundan müdafiə sistemləridir.

Bahadur Seyidov