“Düşmənin Xersonda qaçmaqdan başqa yolu qalmadı” - Valeriy Zalujniy
“Düşmənin Xersonda qaçmaqdan başqa yolu qalmadı”.
Demedia.az xəbər verir ki, Ukrayna ordusunun Baş Qərargah rəisi Valeriy Zalujniy Rusiya ordusunun Xerson şəhərindəki müdafiə xəttini geri çəkməsinə münasibət bildirərkən belə deyib. O bildirib ki, Ukrayna ordusu rus qüvvələrin logistika xəttlərini və dəstək sistemlərini məhv edib. Zalujniyin sözlərinə görə, düşmənin “xoş niyyət jesti”ninin arxasında Ukrayna müdafiə birliklərinin mühüm səyləri olub.
“Kiyevdən, Xarkovdan geri çəkilib, İlan adasını tərk etdikləri kimi Xersondan mümkün geri çəkilmələri aktiv fəaliyyətimizin nəticəsidir” - Zalujniy deyib.
Bahadur Seyidov