Livan parlamenti artıq 5-ci iclasdır ki, Prezidenti seçə bilmir
Livan parlamenti artıq 5-ci iclasdır ki, Prezidenti seçə bilmir.
Demedia.az xəbər verir ki, parlamentin Prezidenti seçmək üçün təşkil edilən 5-ci iclasında namizədlərdən heç biri lazımi qədər səs toplaya bilməyib. Prezidentin seçilməsi üçün təşkil edilən toplantıya 128 millət vəkilindən 108-i qatılıb. Prezidentliyə namizəd Mişel Muavvad 44, İsam Halifə 6 səs qazanarkən, 46 səs etibarsız sayılıb. Prezident seçilməsi üçün namizəd səslərin əksəriyyətini qazanmalıdır.
Qeyd edək ki, hazırki prezident Mişel Avn bu ay postunu tərk edir. Mişel Avn özü parlamentin 46-cı toplantısında seçilmişdi.
Bahadur Seyidov