ABŞ ordusunun silahları tükənir
Ukraynaya edilə silah yardımlarına görə ABŞ ordusunun arsenalı kritik səviyyəyə enib.
Demedia.az xəbər verir ki, bu barədə “The National Interest” nəşri məlumat yayıb. Bildirilir ki, Bayden adminstrasiyasının Ukraynaya yardımı iki ciddi milli təhlükənin ortaya çıxmasına səbəb olur. Həmin təhlükələr Müdafiə Nazirliyində kifayət qədər sursat ehtiyatının olmamasından və mühüm təyinatlı silahların istehsalının sürətlə artması ilə əlaqədar müdafiə-sənaye kompleksinin üzləşdiyi çətinliklərdən ibarətdir.
ABŞ ordusunun arsenalında mərmi və raket sayı ölkə üçün təhlükə kəsb edəcək miqdara endiyi bildirilir.
Bahadur Seyidov