Fransa 234 qaçqının olduğu gəmini qəbul etdi



 15:52 11.11.2022     331

Fransa Aralıq dənizində gözləyən göyərtəsində 234 qaçqının olduğu gəmini qəbul edəcək.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, gəmidəki qaçqınların 1/3-i Fransa torpaqlarına qəbul ediləcək. Gəmi Nazirlər kabinetinin “istisna statusu” ilə qəbul edilməsinə icazə verilib. Fransa tərəfi İtaliyanın gəmini qəbul etməməklə bağlı israrının anlaşılmaz olduğunu bildirib.

Qeyd edək ki, “Ocean Viking” gəmisi Aralıq dənizində xilas etdiyi 234 qaçqını qəbul etməsi üçün İtaliya və Maltaya müraciət etmişdi. İtaliya və Malta gəmini qəbul etməmişdi. Fransa gəminin Korsika adası sahillərində gözləməsinə razılıq vermişdi.

Bahadur Seyidov