Rusiya ordusu bir kəndi ələ keçirdi



 10:48 14.11.2022     369

Qondarma Donetsk xalq respublikasının Mayorsk kəndi tamamilə Rusiyanın nəzarətinə keçib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, rus qüvvələrin uğurlu həmlələri nəticəsində Mayorsk kəndi azad edilib. Məlumata görə, Ukrayna ordusu əks həmlələrlə bir neçə kəndi geri almaq istəsə də, irəliləyə bilməyib. Ukrayna əks-hücum nəticəsində 60 itki verib. Həmçinin 30 muzdlu əcnəbi həlak olub. Hücumlar zamanı Ukrayna Hava Qüvvələrinə məxsus Çerkası rayonundakı silah anbarı vurulub.

Bahadur Seyidov