"Həmas" birlik çağırışı etdi



 12:54 14.11.2022     357

“Həmas” təşkilatı “Əlcəzair bəyannaməsi”ni tətbiq etməyə hazır olduğunu açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə “Həmas”ın siyasi bürosunun nümayəndəsi Musa Əbu Mərzuk Livan parlamentinin sədri Nəbih Berri ilə Beyrutdakı görüş zamanı deyib. O bildirib ki, “Həmas” Fələstinin milli birliyini təmin etməyə və “Əlcəzair Bəyannaməsi”ndə qeyd olunanları həyata keçirməyə hazırdır. “Həmas” nümayəndəsi həmçinin bildirib ki, mövcud vəziyyət bütün mübahisələrə son qoyulmasını və İsrailə qarşı mübarizəyə sadiqliyi tələb edir. 

Qeyd edək ki, “Əlcəzair bəyannaməsi” Fələstindəki siyasi fikir ayrılığının aradan qaldırılmasını nəzərdə tutur, “Həmas” və “Fəth” qrupları da daxil olmaqla 14 qrupu birləşməyə çağırış edir.

Bahadur Seyidov