Bayden Kamboca ilə Kolumbiyanı səhv saldı



 14:43 14.11.2022     401

ABŞ Prezidenti Co Bayden Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının zivəsindəki çıxışı zamanı ev sahibi ölkə olan Kamboca ilə Kolumbiyanın adını səhv salıb.

Demedia.az xəbər verir ki, Bayden təşkilata üzv ölkələrə müraciət zamanı Kambocaya təşəkkür etmək istəyib. Bu zaman Bayden Kamboca əvəzinə Kolumbiya deyib.

“Kolumbiyanın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasındakı liderliyinə və hamımızı qonaq etdiyinə görə Baş nazirə təşəkkür etmək istəyirəm” - Bayden deyib.

Bahadur Seyidov