Donetskdə amansız qarşıdurma gedir - Zelenski



 16:48 14.11.2022     404

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya qarşı müharibənin davam etdiyini ifadə edib.

Demedia.az xəbər verir ki, o bildirib ki, hazırda Donetskdə amansız qarşıdurma var. “Orası tamamilə cəhənnəmdir” deyən Zelenski, Ukrayna müdafiə qüvvələrinin uğurla mübarizə apardığını ifadə edib. Zelenski Xersonun Ukrayna ordusunun nəzarətinə keçməsinin sakinlər tərəfindən böyük sevinclə qarşılandığını qeyd edib. Onun sözlərinə görə, Xersonun daha 60-dan çox məntəqəsi Ukrayna ordusunun nəzarətinə keçib.

Qeyd edək ki, Rusiya müdafiə mövqelərini Dnepr çayının sol sahilinə çəkib.

Bahadur Seyidov