ABŞ tarixi əsərləri Pakistana qaytardı



 18:29 14.11.2022     826

ABŞ Pakistandan qaçırılan 192 tarixi əsəri geri qaytarıb.

Demedia.az xəbər verir ki, Manhetten Prokurorluğunun Hind-Amerika qədim əşyalar qaçaqmalçısı Subhaş Kapur barəsində apardığı araşdırma nəticəsində əsərlərin harada olduğu müəyyən edilib. Nyu-Yorkda təşkil edilən tədbir nəticəsində əsərlər Pakistan tərəfinə verilib. Məlumata görə, əsərlərin ümumi dəyəri 3,4 milyon dollardır. Əsərlər arasında tarixi heykəllər də var.

Qeyd edək ki, tarixi əsər qaçaqmalçısı Kapur 2011-ci ildə Almaniyada saxlanılaraq Hindistana təhvil verilib.

Bahadur Seyidov